Biletlərin geri qaytarılması və ya dəyişdirilməsi aşağıda qeyd edilən qaydalara əsasən tətbiq edilir:
-
1. Tədbir planlandığı tarix və məkanda baş tutacağı təqdirdə:
Tədbirin baş tutmasına 48 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 30%-i tutulur. Tədbirin baş tutmasına 48 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
Yuxarıda qeyd edilmiş qaydalara əsasən biletlərinizin pul vəsaitini ödəniş üsullarına uyğun olaraq geri ala bilərsiniz:
- Şəhər kassalarında nağd və ya nağdsız ödəniş üsulu ilə əldə olunan biletlərin pul vəsaiti 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində yerləşən satış məntəqələrimizdə nağd şəkildə geri qaytarılır;
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “MilliÖn” ödəniş üsulu ilə əldə edilən biletlər 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində yerləşən kassalarımızda nağd şəkildə geri qaytarılır;
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “Onlayn” ödəniş üsulu ilə alınmış biletlərin pul vəsaiti +994 12 424 24 24 nömrəsi ilə əlaqə saxlanılaraq, müvafiq sifariş nömrəsi və PİN kod təqdim edilməklə, sorğu edilən müddətdən 7-30 iş günü ərzində ödəniş edilən bank kartının hesabına geri qaytarılır;
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “Cüzdan” ödəniş üsulu ilə alınmış biletlərin pul vəsaiti yalnız cüzdana geri qaytarılır.
-
2. Tədbir təxirə salındığı və ya məkanın dəyişdirildiyi təqdirdə:
Tədbir təxirə salınarsa və ya məkanı dəyişdirilərsə, biletlərinizin yeni zamana və ya yeni məkana etibarlı olması haqqında məlumatı çağrı mərkəzimizdən əldə edə bilərsiniz.
Yeni tarix və ya məkan sizi qane etmədiyi təqdirdə tədbirin təxirə salınması haqqında məlumatın verilməsindən etibarən, 14 gün ərzində biletlərinizi qaytarıb ödənişinizi tutulma olmadan geri ala bilərsiniz. 14 gündən çox müddət keçdikdə bilet dəyərinin 30%-i tutulur. Tədbirin yeni tarixdə baş tutmasına 48 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
Yuxarıda qeyd edilmiş qaydalara əsasən, biletlərinizin pul vəsaitini ödəniş üsullarına uyğun olaraq geri ala bilərsiniz:
- Şəhər kassalarında nağdsız ödəniş üsulu ilə əldə olunan biletlərin pul vəsaiti müvafiq kassalarda alış zamanı istifadə edilən bank kartını və ödəniş qəbzini təqdim etməklə, hesaba geri qaytarılır;
QEYD: Məlumatın verilməsindən etibarən, 14 gündən çox müddət keçdikdə pul vəsaiti 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində yerləşən satış məntəqələrimizdə nağd şəkildə geri qaytarılır.
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “MilliÖn” ödəniş üsulu ilə əldə edilən biletlər 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində yerləşən kassalarımızda nağd şəkildə geri qaytarılır;
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “Onlayn” ödəniş üsulu ilə alınmış biletlərin pul vəsaiti +994 12 424 24 24 nömrəsi ilə əlaqə saxlanılaraq, müvafiq sifariş nömrəsi və PİN kod təqdim edilməklə, sorğu edilən müddətdən 7-30 iş günü ərzində ödəniş edilən bank kartının hesabına geri qaytarılır;
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “Cüzdan” ödəniş üsulu ilə alınmış biletlərin pul vəsaiti yalnız cüzdana geri qaytarılır.
-
3. Tədbir ləğv olunduğu təqdirdə:
Tədbir ləğv olunarsa, sorğunuza əsasən, ödənişiniz tutulma olmadan geri qaytarılır.
Yuxarıda qeyd edilmiş qaydalara əsasən biletlərinizin pul vəsaitini ödəniş üsullarına uyğun olaraq geri ala bilərsiniz:
- Şəhər kassalarında nağdsız ödəniş üsulu ilə əldə olunan biletlərin pul vəsaiti müvafiq kassalarda alış zamanı istifadə edilən bank kartını və ödəniş qəbzini təqdim etməklə, hesaba geri qaytarılır;
- Şəhər kassalarında nağd ödəniş üsulu ilə əldə olunan biletlərin pul vəsaiti 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində yerləşən kassalarımızda nağd şəkildə geri qaytarılır;
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “MilliÖn” ödəniş üsulu ilə əldə edilən biletlər 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində yerləşən kassalarımızda nağd şəkildə geri qaytarılır;
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “Onlayn” ödəniş üsulu ilə alınmış biletlərin pul vəsaiti +994 12 424 24 24 nömrəsi ilə əlaqə saxlanılaraq, müvafiq sifariş nömrəsi və PİN kod təqdim edilməklə, sorğu edilən müddətdən 7-30 iş günü ərzində ödəniş edilən bank kartının hesabına geri qaytarılır.
- iTicket.KG veb-səhifəsindən və mobil tətbiqindən “Cüzdan” ödəniş üsulu ilə alınmış biletlərin pul vəsaiti yalnız cüzdana geri qaytarılır.
QEYD 1: Biletləri qaytarılmayan tədbirlər haqqında çağrı mərkəzimizdən məlumat əldə edə bilərsiniz +994 12 424 24 24.
QEYD 2: Qaytarılma zamanı fiziki biletlər müvafiq kassaya təqdim edilməlidir.