I. Şəxsi məlumatdan necə istifadə edirik
Sizin şəxsi məlumatlar bu Məxfilik Siyasəti və iTicket.kg veb-səhifəsinin təşkilatçı və ya məkanla müqavilə əlaqələrinə əsasən xüsusi tədbirlə bağlı aldığınız biletlər üçün yalnız iTicket.kg ilə paylaşılır. Şəxsi məlumatlarınız veb-səhifədə apardığınız əməliyyatlarla bağlı lazım olduqda tərəfimizdən sizinlə telefon və ya elektron poçt vasitəsi ilə əlaqə saxlamaq üçün istifadə olunur. Apardığınız əməliyyatlarla əlaqədar olmayan məlumatlarla bağlı tam razılığınız olmadan şəxsi məlumatlarınızdan istifadə edilməyəcək və üçüncü tərəfə ötürülməyəcək.
II. Sosial şəbəkə plaginləri
Veb-səhifəmiz bir çox sosial şəbəkələr üçün sosial plaginlərdən ibarətdir. Sosial plagindən (məsələn, “Bəyənmək/Tövsiyyə etmək kimi) ibarət veb-səhifəyə daxil olduqda istifadəçinin brauzeri sosial şəbəkə serverlərinə bağlanır və sosial plaginlər üçün tələb olunan məzmun yüklənir. İstifadəçi öz sosial şəbəkə hesabına daxil olduqda, sosial şəbəkə həmin ziyarəti istifadəçinin sosial şəbəkə hesabındakı səhifəsinə bağlaya bilər. İstifadəçi həmin məlumatın sosial şəbəkəyə ötürülməsini istəmədikdə, veb-səhifəmizə baş çəkməzdən əvvəl həmin sosial şəbəkədən çıxmalıdır.
III. Veb brauzer kukiləri
Veb-səhifəmiz istifadəçi təcrübəsini artırmaq üçün “kukilər”dən istifadə edir. İstifadəçinin veb brauzeri həmin kukiləri qeyd edib saxlamaq məqsədilə, o cümlədən bəzən onlar barədə məlumatı izləmək məqsədilə onları sərt diskə yerləşdirir. İstifadəçi kukilərdən imtina etmək üçün öz veb brauzerini tənzimləməyi və ya təyin etməyi seçə bilər, ya da kukilərin göndərildiyi zaman bu barədə xəbərdar edilməsini seçə bilər. Bunu edərkən nəzərə alın ki, veb-səhifənin bəzi hissələri lazımi şəkildə işləməyə bilər.
IV. Şəxsi məlumatlarınızın idarə olunması
Siz şəxsi məlumatlarınızı idarə etmək hüququna maliksiniz. Bu, şəxsi məlumatlarınıza giriş, düzəliş və silmə imkanını daxil edir. Hesabınızı və şəxsi məlumatlarınızı silmək üçün, zəhmət olmasa, hesab ayarlarınızın şəxsi məlumatlar bölməsinə daxil olun. Hesabın silinməsi üçün heç bir sorğu tələb olunmur; bunu birbaşa hesab ayarlarınızda idarə edə bilərsiniz.